Son güncelleme 26 Nisan 2024 - 11:11
30 Eki 2015 Köşe Yazarları, KÜLTÜR SANAT, Pervane MEMMEDLİ 0
«Ayrılıq» mahnısını dinləməyən, heç olmasa hərdən bir züm-zümə etməyən bir azərbaycan türkü çətin ki, tapılsın. Sovet dönəmində xeyli müddət bu mahnının, eləcə də «Sizə salam gətirmişəm», «Təbrizim» kimi mahnılarının bəstəkarının kim olduğu bəlli deyildi, ya gizli saxlanılır, ya da anonim olduğu bildirilirdi. Səbəbi də yəqin ki, bəstəkarın-bəstəçinin Arazın o tayından olması ilə bağlı idi.
Əli Səlimi 90 il bundan öncə 1922-ci ildə Bakıda dünyaya gəlmiş və ilk təhsilini də burada almışdı.. Anası Bakıdan, atası isə Ərdəbildən idi. Stalin repressiyası Səlimilər ailəsindən də yan ötmədi. 1938-ci ildə Əli Səlimi ailəsi ilə birlikdə vətəndən-vətənə sürgün edildi. 16 yaşlı gəncin həyatında ömür boyu duydugu bu acı, daha sonralar nisgilli bir nəğməyə çevrilən «Ayriliğ»a çevrildi.
Hələ uşaq yaşlarından musiqiyə olan meyili, xüsusilə xalq mahnılarına olan böyük həvəs onu həmişəlik bu ecazkar dünyaya bağladı. Hələ Əlinin 10 yaşı olanda tanınmış sənətkar Əhməd Bakıxanov onda xüsusi musiqi duyumunun olmasını görüb onunla məşğul olur. Musiqi məktəbini də Ə. Bakıxanovun sinfində bitirir. Görkəmli tarzən bu istedadlı şagirdinin yolunu Azərbaycanın orkestr və ansambllarına açır. Beləliklə, gənc Əli müxtəlif konsertlərdə iştirak edir. Sonralar Əli Səlimi özünün bir musiqiçi kimi ortaya çıxmasında Ə.Bakıxanovun qayğısını minnətdarlıqla xatırlayırdı.
Bakı ona musiqinin ilk qapısını açmışdısa, Təbriz onun bəstəkar kimi formalaşmasına bilavasitə təsir göstərmişdi.
Onun bəstələdiyi «Elim, günüm, şövkətim», «Ceyran sevgilim», Səni görəndən bəri», «Açıl səhər», «Fantaziya», «Səməd xatirəsi», «Rəhilə», «Apardı sellər Saranı», «Vətən suitası», «Səkinə dayı qızı», «Köçəri», «Seçim», «Savalan» və s. bu kimi 30-a yaxın ruhu oxşayan mahnıları və filmlərə yazdığı musiqi Azərbaycanın və İranın sərhədlərini aşmışdı. Əli Səliminin bəstələdiyi mahnı sözlərinin əksəriyyətinin müəllifi Fərhad təxəllüsü ilə şerlər yazan ərdəbilli şair Rəcəb İbrahimi idi.
Əli Səlimi heç zaman sevimli tarından ayrılmadı, həmişə öz üzərində çalışdı. Dünyanı bürüyən «soyuq savaş» İrandan da yan keçməmişdi. Amerikanın təsirilə İran da SSRİ-nin apardığı təbliğatın qarşılığı olaraq radio propaqandasını gücləndirdi. Azərbaycan türkcəsində verlişlər hazırlayıb Sovet Azərbaycanının əhalisinə təsir göstərmək istədi. Bu verlişlər, əlbəttə, musiqisiz keçinə bilməzdi. Ona görə də Əli Səliminin orkestr təşkil etməsinə, mahnılar yaratmasına, həmin mahnıları efirdə səsləndirməsinə şərait yaratdı. Sovet Azərbaycanının əhalisinə təsir üçün yaradılmış orkestr və yazılan musiqilər sürətlə İranda da yayıldı. Həmin mahnıları yalnız Azərbaycan türkləri deyil, İranda yaşayan başqa xalqlar da həvəslə dinləyib və öz məclislərində oxudular. Beləcə 50-ci illərin əvvəllərində Əli Səlimi İranda Tehran radiosunda işləyərkən ciddi maneə və çətinliklərə baxmayaraq, Azərbaycan musiqisini, xüsusən xalq mahnılarını öz proqramına daxil edirdi.
Əli Səlimi bir müddət Tehranda «Radio İran»da çalışdıqdan sonra onu, Fatma Qənnadi (Ə.Səliminin həyat yoldaşı Fatma Qənnadinin gözəl səsi vardı, onlar birlikdə çalışırdılar) və b. yoldaşlarını da işdən çıxarırlar. Ancaq onlar toylarda və el şənliklərində çıxışlarıyla güzaran keçirir, işsizlik sorunlarını da həll edirlər.
1978-ci ilin iyun ayında onu Təbrizdə yeni yaradılan radio televizya orkestrini qurmağa dəvət edirlər. Təbrzə yeni orkestr yaratmaq, gənc musiqiçilər yetişdirmək istəyi ilə gələn sənətkar «Rudəki» salonunda da orkestr qurur. Lakin bu o qədər də uzun sürmür. Ölkədə islam inqilabının baş verməsi, din xadimlərinin musiqini qadağan etməsi Əli Səlimini çətin vəziyytə salır. Bütün bunlara rəğmən, Səlimi ruhdan düşmür, uşaqlara yarıgizli musiqi təhsili verməklə fəaliyyətinə davam edir, bədii yaradıcılığından da qalmır.
1961-ci ildə sevimli müğənnimiz Rəşid Behbudov İranda qosrtol səfərində olarkən «Ayrılıq» mahnısını böyük maraqla dinləyir. Sonra onu öz repertuarına daxil edib böyük ürək yanğısı ilə ifa edir. Bu məşhur mahnı Rəşid Behbudovdan başqa digər tanınmış sənətkarlar, İranın kino ulduzu , müğənni, güneyli Ququş, Türkiyədə Zəki Müren, İrandan mühacirətə getmiş Yaqub Zürüfçü, xalq artistimiz Gülağa Məmmədov və b. məharətlə səsləndirmişlər.
Azərbaycanın digər məşhur müğənnisi Şövkət Ələkbərova İrana qastrol səfərinə gedəndə onun səsindən ilham alan Əli Səlimi Rəcəb İbrahimlə birgə «Şövkətə alqış» mahnısını yazdılar. Bu mahnını da ilk dəfə Fatma Qənnadi oxudu. Mahnı uzun zaman repertuardan düşmədi. Şah rejimi dövründə ölkədə rəsmi yerlərdə fars dilindən başqa yerli dillərdə – Azərbaycan türkcəsində, kürdcə, ərəbcə, lorca, bəlucca və b. dillərdə danışmaq qadağan olunduğu halda Əli Səlimin mahnıları toylarda, məclislərdə, toplantılarda oxunub, böyük maraqla qarşılanırdı. Bu da ana dilinin unudulmamasına, bu dildə yeni əsərlər yaradılmasına şərait yaradırdı.
«Ayrılıq» mahnısına ötən əsrin 80-ci illərin sonunda ikinci ömür bəxş edən və ona siyasi məna aşılayan müğənni Yaqub Zürufçu oldu. O dövrdə xaricdə yaşamağa məcbur olan Yaqub Zürufçu «Azadlıq» meydanında «Ayrılıq» mahnısını dizi üstə çöküb oxumuşdu. O illərdə Bakıda xalqın azadlıq hərəkatının mərkəzi məkanı olan «Azadlıq» meydanında dahi Üzeyir bəyin «Koroğlu» üvertürası bütün Quzeyi birliyə gətirdiyi kimi, «Ayrılıq» da o vaxtdan Azərbaycanın iki parçasını Güneyi və Quzeyi mənəvi birləşdirmişdi.
1978-ci ildə Ərdəbilli şair Valeh Mahmud Dəstupuşun şerinə ona növbəti misilsiz uğur gətirən «Sizə salam gətirmişəm» mahnısını yazır.
Əli Səlimini populyarlaşdıran mahnılardan biri də «Sizə salam gətirmişəm»dir. Qeyd edək ki, bu mahnını ilk dəfə Güneydə Əli Səliminin həyat yoldaşı – Fatma Qənnadi səsləndirib Bu mahnını məşhur «Qaya» ansamblı 40 ilə yaxın repertuarında olub. Uzun müddət müəllifi bilinməyən və bəzən də bəstəkarın digər bəstələri kimi başqa müəllifin adına çıxılan»Sizə salam gətirmişəm» mahnısı Ə. Səliminin Türkiyədəki yetirməsinin ifası və səyi nəticəsində müəllifini tapır. Belə ki, xoş bir təsadüf nəticəsində Qars vilayətinin millət vəkili bu mahnı haqda öz təəssüratını Türkiyənin o vaxtkı prezidenti mərhum Turqut Özala söylərkən, prezident bəhs olunan mahnını dinləmək istəmişdi. Mahnını eşitdikdən sonra isə ondan həzz aldığını və böyük qürur hissi keçirdiyini söyləmişdi. Türkiyə mətbuatı bu hadisəni geniş işıqlandırmış və müğənni Cavad Çavuşi və prezident Turqut Özalın birgə çəkilmiş şəkillərini vermişdi.
1997-ci ildə Ankarada Əli Səliminin 75 illiyinə həsr edilmiş toplantıda müəllifin tarda və bəstəkar Cavanşir Quliyevin royalda müşayiəti ilə Azərbaycanın xalq artisti Flora Kərimovanın ifasında «Ayrılıq» mahnısının yüksək peşəkarlıqla səslənməsi türk dünyasında silinməz iz qoydu.
Tehran radiosunda uzun müddət 15 dəqiqəlik Azərbaycan musiqisinin səsləndirilməsi onun səyi və fədakarlığı sayəsində baş tutmuşdu. O hələ sağlığında Güney Azərbaycanda öz məktəbini yarada bilmişdi. Bu gün Əli Səliminin Güney Azərbaycanda və İranın müxtəlif bölgələrində yaşayan yetirmələri Azərbaycan musiqisində milli ənələrin yaşamasında böyük əmək və fədakarlıq göstərirlər. Yaradıcılığını öncə Tehranda , sonra isə Təbrizdə davam etdirən Əli Səlimi ömrünün son illərində Təbrizin milli orkestrinin rəhbəri vəzifəsində çalışdı. Təzyiqlərə və qadağalara baxmayaraq, Təbrizdə «Musiqi evi» yaradaraq Azərbaycan musiqisini təbliğ edib musiqiçilər hazırladı.
1999-cu ildə yaratdığı əsərləri ilə xalqının qəlbində ölümsüzlük qazanan böyük bəstəkar əbədiyyətə qovuşdu.
2007-ci il dekabr ayının ortalarında isə bəstəkarın ata-baba yurdu Ərdəbil şəhərində incəsənət mərkəzi tərəfindən tədbir keçirildi. Bu tədbirdə böyük hörmətlə qarşılanan Əli Səliminin bəstələdiyi mahnılar səsləndi. Yenə də həmin ilin dekabrın 15–16-da görkəmli bəstəkar Əli Səliminin xatirəsinə həsr olunmuş ilk Azərbaycan muğam festivalı keçirildi.
Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu (TÜBİTAK) 1001 – ‘Cumhuriyetimizin 100. Yılı Özel Çağrısı’na yapılan başvurular neticesinde destek almaya hak […]
İBB Başkanı Ekrem İmamoğlu, Çekmeköy Belediye Başkanı Orhan Çerkez’e tebrik ziyaretinde bulundu. İmamoğlu, Çekmeköy Belediyesi girişinde alkışlarla karşılandı. Çerkez’e hayırlı […]
Türkiye İstatistik Kurumu (TÜİK) verilerine göre, 2024 Mart ayı sonu itibarıyla İzmir’de trafiğe kayıtlı toplam taşıt sayısı bir önceki yılın aynı […]
Merkez İşyeri Denetleme ve Danışmanlık Grubu ile Meslek Eğitimini Geliştirme Kurulu Toplantısı Ticaret Bakanı Sn. Ömer Bolat’ın katılımı ile […]
Yetimi Yoksulu Gözetenler Derneği, 2024 yılı Afrika vacip kurban hisse bedelini 3.000 TL olarak açıkladı. Dernek, bu yıl kurban bağışlarını […]
Muğla Büyükşehir Belediyesi Evde Bakım ekipleri bu hizmetten yararlanan yatağa bağımlı ve engelli vatandaşlara evlerinde reçete yazabilecek. Muğla Büyükşehir Belediyesi […]
DEM PARTİ Kocaeli Milletvekili Ömer Faruk Gergerlioğlu, TÜRKPA heyetiyle İsviçre’nin Cenevre şehrine gitti. Türki devletlerin bir araya geldiği etkinliklere katılan […]
DEM PARTİ Kocaeli Milletvekili Ömer Faruk Gergerlioğlu Dilovası’ndaki kaçak atık deposunu Çevre, Şehircilik ve İklim Değişikliği Bakanı Mehmet Özhaseki’ye sordu. […]
İBB Başkanı Ekrem İmamoğlu, 2023 yılı ‘Faaliyet Raporu Sunumu’nu gerçekleştirdi. Önceki dönem görev süreleri boyunca, belirli kişi ve grupları koruyup, […]
“Emeklinin ve asgari ücretlinin maaşından çalan hükümet faiz lobisine, saraylara ve yandaşlara aktardığı paraların bedelini yine vatandaşa ödetmeye çalışıyor” diyen […]
17 Nis 2024 0
Eylül Aşkın Türkiye Haber Portalı’nda hazırlayıp...07 Kas 2021 0
AK Parti Denizli Milletvekili, TBMM Plan ve...24 Nis 2021 0
Cumhurbaşkanı Ersin Tatar’ın babası Rüstem Tatar...10 Ara 2020 0
Cumhurbaşkanı Tatar: “Türkiye’nin güçlü...05 Ara 2020 0
—-Birinci Bölümün DEVAMI—-...24 Nis 2024 0
Gökmen Gastronomi bünyesindeki restoran zinciri Pizza İl Forno’nun lezzet rüzgarı şimdi İzmir’de esmeye başladı. İtalyan işi pizzalarını, bu ülkenin […]