Son güncelleme 18 Nisan 2024 - 12:23
02 Şub 2017 KÜLTÜR SANAT, Manşet, Manşet Yanı, Pervane MEMMEDLİ, Röportaj, Sürmanşet, Türkiye 0
Gazetede çalıştığım yıllarda bir gün Şehrimizdeki Böyük elçiliklerden birine gidip mülakat almalıydım. Belirtilen sürede gelip kabul odasında oturup bekledim.Arada büyükelçinin kapısı açıldığında içeriden müzik sesi geldi. Kulağıma tanık gelen havalardan biriydi. Sesi biraz da dikkatle dinlemeye başladım. Bu muğamat havası idiı, kendisi de canlı ifada. Doğrusu biraz şaşırdım. Çok geçmedi büyükelçinin yardımcısı içeri geçmeyi önerdi. Büyükelçinin odasına girdiğimde ise teeccübüm biraz da artdı.Halının üstünde sazende grubu bağdaş kurup oturmuştu. Sayın Büyükelçi onlarla sağollaşıb uğurlamaya hazırlanırken beni görüp selamlaşdı ve biraz bekletdiyi için özür diledi. Kafasının musigekarışıp feyziyab olduğundan vaktin farkına varmadığını söyledi.
Büyükelçi Pierre Genyut üzümün ifadesinden fikrimi anlamıştı. Söze kendisi başladı. Muğam havalarını çok sevdiğini, öğle yemeği çabuk bitirip muğamları dinlediğini, kendisi de çanlı ifaya öncelik verdiğini bildirdi. Sonra sanatçıları bana sundu. Şirvan muğam grubu. Üçü de genç idi. Onu da ekleyip dedi ki, bu, üçülüyün plağını bırakmayı planlıyor. Düşündüğü projeyi satış için değil, genç yetenekleri teşvik etmek amacıyla öngördüğünü, beni de tanıtıma davet edeceğini söyledi. Pierre Genyutla görüşme sırasında başka sohbetlerimiz de oldu, mülakat “Respublika” gazetesinde yayımlandı. Ama onun bana teqdimatdan sonra vaat ettiği disk o günlerden bana hoş bir hatıra gibi yadigar kaldı.
Avrupalı bir diplomatın, Fransız büyükelçisinin muğamlarımıza olan ilgisi ve genç muğam ifaçılarına kaygısı beni çok kövreltdi ve düşündürdü. Fransızların hele öten yüzilliklerden Doğu’ya bir ekzotik gibi baktığını, Doğu kültürü ile ilgilendiklerini ve bunu zaman zaman Fransız kültürüne yansıtdılarını biliyordum. Ama bunun bizzat çanlı şahidi oldum. Çünkü, şehirde büyüyen, çocukluğu ve gençliği ni Sovyet döneminde yaşayan ve o zamanlar benim yaşıdlarım yabancı olduğu kadar da çekici Batı müziğine koyulan baryerleri aşmak iddiasinda olup daha çok Batı’nın çeşitli müziğine bağımlı olanlardan birisiydim. İşte, Fransız diplomatının Azerbaycan mugamindan olan sevgisi sanki benim bütün varlığımı salladı. O günden men muğamlarımızla daha yakından ilgilenib onun aşığı oldum.
Məlum olduğu kimi qədimdən sübut edilmişdir ki, musiqinin müxtəlif ladları əsasında qurulmuş müxtəlif havalar, mahnılar və s. insanda fərqli əhvali-ruhiyyə yaradır. Elə musiqi əsərləri var ki, bizim ruhumuzda müvazinət yaradır, bizi mülayimləşdirir, sakitləşdirir. Eləsi də var ki, əksinə, bizdə coşqun bir əhvali-ruhiyyə yaradır, qəhrəmanlıq, mübarizə hissini alovlandırır. Elələri var ki, bizi şənləndirir, nikbin əhvali-ruhiyyə yaradır, elələri var ki, fikrimizi, dərdimizi dağıdır. Elələri də var ki, bizi dərindən düşündürür, kədərləndirir, xatirələrimizi canlandırır, bizdə dərin ruhi həyəcanlar, sevgi, məhəbbət duyğuları oyadır və s. Məsələn, böyük bəstəkarımız Üzeyir Hacıbəylinin «Azərbaycan xalq musiqisinin əsasları» əsərində Azərbaycan musiqisinin yeddi əsas ladları haqda yazır ki, bədii-ruhi təsir cəhətindən «Rast» dincəyicidə mərdlik və gümrahlıq hissi, «Şur» – şən, lirik əhval-ruhiyyə, «Segah» – məhəbbət hissi, «Şüştər» – dərin kədər, «Çahargah» – həyəcan və ehtiras, «Bayatı-Şiraz» –qəmginlik, «Hüma-yun» isə «Şüştərə»ə nisbətən daha dərin bir kədər hissi oyadır”
Muğam Azərbaycan musiqi mədəniyyətinin mühüm qolunu təşkil edir. Təsadüfi deyil ki, bu milli musiqinin bəşəri əhəmiyyətini nəzərə alan YUNESKO 2003-cü ildə onu “bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri” elan etmişdir. Şərq xalqlarının ortaq mədəniyyəti olan muğam qədim tarixə malikdir.
Muğam ifaçılığının yayılmasında və onun pprofessional şəkil almasında XIX yüzilin 20-ci illərindən XX yüzilin əvvəllərinə qədər Azərbaycan şəhərlərində yaranmış ədəbi və musiqi məclisləri böyük rol oynamışlar. Onlardan ən məşhuru Şuşada “Məclisi-Fəramuşan”, “Məclisi-Üns”, Musiqiçilər Cəmiyyəti, idi. Bu məclislərdə şairlər, ədiblər, musiqiçilər, sadəcə ziyalı şəxslər, klassik poeziyanın və musiqinin sərrafları və biliciləri toplaşır, muğamları diqqətlə dinləyir, musiqinin və şerin incə ifası ətrafında müzakirələr aparırdılar.
Azərbaycan muğamının inkişafında şübhəsiz olaraq Qarabağ məktəbinin xüsusi rolu var.
Onu da deyək ki, Qarabağ muğam məktəbinin nümayəndələri kimi tanıdığımız sənətkarların ömür yolu və yaradıcılığı əsasən Şuşa şəhəri ilə bağlı olmuşdur. Xalq arasında “Kim oxumağı bacarmırsa, deməli, şuşalı deyil”, “Şuşada bələkdəki körpələr də muğamat üstündə ağlar” deyimləri bir məsələ çevrilmişdir. Həqiqətən də, bu şəhərin mədəni mühiti, sözlü nəğməli həyatı, adət-ənənələri sənətkarların püxtələşməsində böyük rol oynamışdır.
Xatırladaq ki, Şuşa ilə yanaşı, o dövrdə Azərbaycanın Bakı, Gəncə, Şamaxı kimi iri şəhərləri də mədəniyyət mərkəzləri hesab olunurdu və burada da muğam məktəbləri formalaşırdı.
O dövrdə Şuşanı, haqlı olaraq, “Qafqazın konservatoriyası” adlandırırdılar. Çünki sənətkarlıq məktəbini Şuşada keçmiş xanəndə və xalq çalğı alətləri ifaçıları təkcə Azərbaycanda deyil, bütün Qafqaz ölkələrində fəaliyyət göstərirdilər. Şöhrəti vətənimizin hüdudlarını aşmış Qarabağ musiqiçiləri xalqımızın əsrlər boyu inkişaf etmiş musiqi ənənələrini yaşadırdılar. Eyni zamanda, onlar öz dəst-xəttini, oxuma üslubunu mədəniyyət xəzinəmizə gətirirdilər. Onların muğamları yeni mahnı və təsniflər dillər əzbəri olub, hər yana yayılırdı.
XIX əsrin II yarısında və XX əsrin əvvələrində Qarabağ muğam məktəbi yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur.
Muğam tədris edən ilk musiqi məktəbləri də XIX əsrdə Şuşada yaranmışdı. Ilk məktəbi Şuşanın məşhur muğam bilicisi Xarrat Qulu yaratmışdı. O, istedadlı, yaxşı səsi olan uşaqları bu məktəbə cəlb edərək, onlara Şərq musiqisinin əsaslarını, muğamları, xalq mahnılarını öyrədirdi. O, dəstgahları şagirdlərin düzgün oxumasına, səsin saflığına xüsusi fikir verirdi. Lakin Xarrat Qulunun məktəbi əsasən dinə xidmət edirdi. O, şagirdlərini dini ayinlərdə iştirak etmək üçün hazırlayırdı. Buna baxmayaraq, bu məktəb bir sıra ustad sənətkarların yetişməsinə səbəb olmuşdur.
Xarrat Qulunun vəfatından sonra Şuşada musiqi məktəbində muğamın tədrisi işini Kor Xəlifə adlı musiqiçi, daha sonra Molla Ibrahim davam etdirərək, yeni musiqiçilər nəslini yetişdirdi.
Muğamın bütün qanun-qaydalarını dərindən mənimsəyən, özündən əvvəlki sənətkarların yaradıcılığından bəhrələnən ifaçılar muğam bilicisi kimi ad qazanırdılar.
Muğam ifaçıları bu sənətin ənənələrini, sədaqətlə qoruyaraq, sonrakı nəsillərə ötürməklə yanaşı, həm də onları inkişaf etdirir, yeni melodiyalarla zənginləşirirlər. Sənətdə özünəməxsus ifaçılıq üslubu, öz yolu olan sənətkarlar orijinal ifaçılıq məktəbləri yaratmışlar.
O dövrdə muğam ifaçılığı əsasən toy şənlikləri və ziyafətlərlə bağlı olmuşdur. Şuşada poeziya və musiqi məclisləri təşkil olunmağa başlayırdı. Görkəmli Azərbaycan şairi Xurşud Banu Natəvan “Məclisi-üns”, alim, şair, rəssam və musiqişünas Mir Möhsün Nəvvab “Məclisi-fəramuşan” yaratmışdır. Bu məclislərdə ədəbiyyata, rəssamlığa və musiqi sənətinə dair maraqlı söhbətlər aparılır, bəzən bu söhbətlər diskussiyalara çevrilirdi. Bu məclislər ziyafətlərdən və toy şənliklərindən fərqlənirdi.
Orta əsrlərdə insanlar yazı-pozu bilmədiyi vaxtlarda, çox zaman küçə və meydanlarda tamaşaları seyr edir, natiqlərə qulaq asırdılar. Ötən əsrlərdə Şeir,sənət musiqi məclisləri qurular,bu işin xiridarları bir-birini tapıb,söhbətlərə qulaq asardılar
Gənc istedadları seçib, onların gələcəkdə irəli getməsi üçün bütün yardımları üzərinə götürən kişilər də vardı.
El şənliklərində,toy-düyünlərdə adətən aşıqlar xalqı şənləndirərdi.Onlar xalq mahnıları oxuyar,sazda çala-çala dastanlar danışardılar.Sazəndə qrupunda oxuyan xanəndələr isə xalq arasında az görünərdilər.Heca vəznli qoşma, bayatılardan fərqli olaraq əruzda yazılmış ərəb-fars tərkibli muğam havaları sarayda və xüsusi məclislərdə yayqın idi.İlin iki ayında(məhərrəm və səfər aylarında) heç bir şənlik keçirilməzdi. Meydan dini mərasimlərə verilirdi.Gözəl,təsirli səslə mərsiyələr oxunardı.Burada da xüsusi hazırlıaq tələb olunurdu.Şuşada belə dini tamaşaları Xarrat Qulu hazrlayırdı.
Saraylarda yaranan sadə camaatın anlamadığı dildə şeirlər,qəzəllər yazılmağa üstünlük verilirdi.Qəzəllərdə poeziya dili sayılan fars dilində nə qədər kəlmə işlədilirdisə şairin ənamı o qədər çox olardı.Fars dilinin içində də ərəb kəlmələri bol olardı.
Bu da məlumdur ki, türk hökmdarları öz ətrafına topladıqları şairləri ana dilində deyil dəbdə olan farsca yazmağa təşviq edirdilər.Bu tək poeziya deyil,musiqiyə də şamil olunurdu.Və yeni yaranan musiqu havalarını da farsca ad qoydu edirdilər.Ona görə də Türklərin idarə etdiyi saraylarda yaranan muğamların adı bu günə qədər farsca qalıb
Əvvəllər mağarlarda dastanlar deyilirdi, ustadnamələr səslənirdi. Bugünkü kimi TV bolluğu, internet və başqa təbliğat vasitələri yox idi. İnsanların əsas informasiya mənbəyi və ideoloji təbliğat aşıq idi. Səbirsizliklə gözləyərdilər ki, hansısa toyda dərvişlər, aşıqlar gələcək, dastanlar danışacaq, dini-ürfani bilgilər verəcək, dünyanın gərdişini anladacaq, onlar da qulaq asacaqlar..
Xanəndələr də aşıqlar kimi öz ifaları ilə əslində elmi-ürfanı , poeziyanı xalqa çatdırır, onları maarifləndirirdilər.
Muğam çox qədim zamanların naməlum dövründə doğuldu, insanlar onu öz nəfəslərində, boğazlarında, sevgilərində yaşatdı ki, yox olmasın, itib-batmasın və beləcə, nəsildən-nəslə ötürüldü. Muğamın fəlsəfəsini anlayanlar, bu misilsiz xəzinəyə aşina olanlar onu sələflərindən alaraq yaşatdı və xələflərinə əmanət etdi.
Xanəndəlik sənətinin inkiŞafı ilə əlaqədar olaraq Şuşada musiqinin nəzəri məsələlərinə dair əsərlər də yaranırdı. Məşhur alim, şair Mir Möhsün Nəvvab qədim Azərbaycan alimlərinin əsərlərindən istifadə edərək muğamat haqqında «Vüzuhul-ərqam» əsərini yazmışdı. Nəvvab öz kitabında “Rast” muğamını baharın təravəti, “Mahur” su şırırltısı, “Şahnaz” bülbüllərin cəh-cəhi, “Rəhavi” yağış damcıları, “Çahargah” ildırım çaxması, “Nəva” sevgililərin iztirabı, “Dügah” suların fəvvarəsinə, “Üşaq” quşların nizamla uşuşuna, “Uzzal” səma gəzəyənlərinin hərəkətinə bənzədirdi.
Xanəndəlik sənəti orta əsrlərdə şəhərlərin inkişafı ilə əlaqədar meydana gəlmişdir. O zamanlar xanəndələr əsasən şəhər-əyanlarının düzəltdikləri ziyafətlərdə, toy şənliklərində, karvansaralarda, çayxanalarda və yarmarkalarda çıxış etmişlər. Xanəndələr əsasən fars dilində yazılmış qəzəlləri və təsnifləri oxuduqlarına görə kəndlilər xanəndələri öz məclislərinə dəvət etməzdi. Kənd məclislərinin yaraşığı ya aşıqlar, ya da zurnaçılar dəstəsi olardı.
Xanəndələrin zövq və geyimlərnə gəldikdə isə Ü Hacıbəyov yazırdı:” El aşıqları kimi xanəndələrin də ənənəvi libasları var idi. Onlar bahalı, yəni mahud parçadan çuxa, atlasdan arxalıq, diaqanaldan Şalvar geyir, bellərinə qızıl toqqa bağlayar, barmaqlarına brilyant üzüklər taxar, başlarına buxara papaq qoyardılar. Çalğıçılar isə musiqi alətlərini qiymətli daş-qaşlarla bəzəyərdilər. Qocaların söylədiklərinə görə Sadıqcanın tarının qolu bütünlüklə sədəfə, çanağı isə qızıla tutulmuşmuş.”
Xalq yazıçısı Mirzə İbrahimov klassik xanəndələrimizin adət-ənənələrindən və onların sənətə münasibətlərindən bəhs edib yazırdı ki, əsl xanəndə və çalğıçıların möhkəm ədəb-ərkan qaydaları vardı. Onlar geyimlərinin səliqəsinə, zahiri hərəkətlərinin nəcibliyinə, ağır oturub, ağır durmaqa fikir verdikləri kimi ifaçılıqda da müəyyən kamil, bütöv qaydaları gözləyərdilər. Xüsusən oxunan havanın bitkinliyinə çalışar, sözlərini diqqətlə seçər, əxlaqi, fəlsəfi və estetik mənası olan qəzəllər, bayatılar, qoşmalar, gözəlləmələr oxuyardılar».
XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda incəsənətin başqa sahələri ilə yanaşbı xanəndəlik sənəti də sürətlə inkişaf etmiŞdir. Bu dövrdə xanəndələr klassik muğamları oxuyarkən yeni-yeni təsniflər və mahnılar yaradırdılar. Onlar bəzən müəllifi məlum olmayan poetik əsərlərə – qoşma, qəzəl və müxəmməslərə mahnılar bəstələyir, onu məharətlə oxuyurdular. Bu mahnıların əksəriyyəti sevgi, məhəbbət və qadın gözəlliyinə həsr edilirdi.
Xanəndə sənətinə el ədəbiyyatı ilə yanaşı klassik Azərbaycan ədəbiyyatı da ciddi təsir göstərmişdir. Xanəndələrin oxuduqları mahnı və muğamların sözləri qəzəl və qoşmalardan ibarət olurdu. Xanəndələr klassik muğamları oxumaqla Şərqin zəngin mədəniyyətini qoruyurdular. Hacı Hüsü, Məşədi İsi, Cabbar Qaryağdı oğlu, Sadıqcan, Bülbül və Seyid Şuşinski kimi mahir sənətkarlar bir çox muğamların təkmilləşməsinə böyük əmək sərf etmiŞ və bunların əsasında yeni-yeni təsniflər və mahnılar yaratmıŞlar.
Xanəndələrin tərkibi eyni deyildi. Saray xanəndələrindən, yəni varlılara xidmət edən müğənnilərdən başqa «gəzəyən xanəndələr» də var idi. XIX əsrin ikinci yarısında «gəzəyən xanəndələr»in əksəriyyəti Tiflis, ġamaxı və Şuşa şəhərlərinin iri küçələrində, bazar və ticarət meydançalarında, həm də şəhər sənətkarlarının və xırda tacirlərinin məclislərində çalıb-çağırardılar. O dövrdə Tiflis, ġamaxı, ġuŞa Şəhərləri ticarət mərkəzləri olduğundan əhalinin əksəriyyəti gündüzlər alış-verişlə məşğul olar, axşam düşən kimi də bağlara, meydançalara toplaŞaraq xanəndələrin xo avazını dinlər, həm də rəqs edərdilər. Belə Şən gəzinti və musiqi sədaları gecədən xeyli keçmiŞ davam edərdi.
Milli musiqimizin əsasını təşkil edən muğamların inkişaf etdirilməsi və zənginləşdirilməsində Qarabağ musiqiçiləri böyük xidmətlər göstərmiş, bu ecazkar sənətin bugünədək gəlib-çıxmasına müvəffəq olmuşlar.Şuşa musiqi məktəblərinin yetirmələri olan klassik sənətkarlar məlahətli səsləri, gözəl ifaları ilə nəinki Qafqazda,
eləcə də Orta Asiyada, Yaxın və Orta Şərqdə məşhur olmuş, möhtəşəm muğam ifaçılığı məktəbi yaratmışlar.
Qeyd edək ki, Şuşada fəaliyyət göstərmiş musiqi məktəblərinin hamısı dini xarakter daşısa da, burda, əsasən, milli musiqinin inkişafına xüsusi diqqət yetirilmişdir.
Əsasən, xalq mahnıları və muğamların qorunub-saxlanmasında Şuşa məktəblərinin rolu danılmazdır.
Belə məktəblərdən biri də XIX əsrin sonlarında yaradılmış Molla İbrahimin musiqi məktəbi idi. Burda təlim fars dilində keçilirdi. Məktəbə 10-12 yaşlarında gözəl səsi, poeziyaya həvəsi olan oğlan uşaqları cəlb olunurdu. Bunlar gələcəkdə məhərrəmlik təziyələrində kişi və qadın, qız rollarını ifa etmək üçün yüksək səs tembrinə malik istedadlı uşaqlar idilər. Məktəbdə klassik muğam dəstgahları, onların nəzəriyyəsi, quruluşu, tərkibi, ifası, həmçinin ərəb, fars, türk dilləri, dini mərasimlər, şəbihgərdanlıq tədris olunur, şagirdlərə Hafiz, Nizami Gəncəvi, Sədi Şirazi, Ömər Xəyyam, Məhəmməd Füzuli, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Ələsgər Növrəs, Abdulla bəy Asi, Məşədi Əyyub Baki, Tofiq Fikrət kimi Şərq şairlərinin qəzəlləri öyrədilirdi.
Azərbaycan milli muğamını yaşadan və dünya xalqlarına sevdirən xanəndələrin
yetişməsində Şuşa musiqi mühitinin özəl rolu olmuşdur. Azərbaycan musiqi mədəniyyətinin mərkəzlərindən olub Qafqazın Musiqi Konservatoriyası adını qazanmış Şuşanın yetirdiyi musiqi sənətkarlarının adı Azərbaycanın sərhədlərini aşmışdı.
Ankara Büyükşehir Belediye Başkanı Mansur Yavaş’ın seçim sürecinde ilk icraatı olarak açıkladığı ve Cumhur İttifakı üyelerince 10 aydır bekletilen Tatlar […]
İBB 9’ncu seçim dönemi ilk oturumu, 31 Mart 2024 yerel seçimlerinden üçüncü kez başarıyla çıkan Başkan Ekrem İmamoğlu tarafından açıldı. […]
Muğla Büyükşehir Belediye Başkanı Ahmet Aras ve yeni seçilen 11 CHP’li ilçe belediye başkanı Anıtkabir’i ziyaret etti. Aras Anıtkabir […]
Gaziemir Belediyesi’nin 20-23 Nisan tarihlerinde düzenleyeceği 26. Gaziemir Ulusal Çocuk Şenliği halk dansları gösterileri, müzikaller, kortej ve konserlere ev sahipliği […]
Sandıklı Belediye Başkanı Adnan Öztaş, Yeni Arıtma Tesisi ve Akin Göleti hakkında açıklamalarda bulundu. Başkan Adnan Öztaş yaptığı açıklamada […]
Nisan ayı meclisinin ilk oturumunda gündem maddeleri gereğince meclis başkanvekilleri, divan kâtipleri, encümen üyeleri ve komisyonlarda yer alacak meclis üyelerinin […]
Kocaeli Merkezinde bulunan çorbacıda çıkan olay sonrası polis gelmişti. Tartışmanın uzamasıyla olay yerine takviye polis gelmiş, gözaltı sırasında zor […]
DEM PARTİ Kocaeli Milletvekili Ömer Faruk Gergerlioğlu, Türkiye ve İsrail arasındaki ticaretin yasaklanmasına ilişkin kanun teklifi verdi. İsrail’le […]
Uzay Kampı Türkiye, 17 Nisan’da gerçekleşecek özel bir törenle lansmanını yapacağı Aurora simülatörü ile, çocuklara ve gençlere sunduğu uzay bilimleri […]
Emekli ve doğum yapanlar için ilk adım atıldı Denizli Büyükşehir Belediye Başkanı Bülent Nuri Çavuşoğlu, uygun şartları taşıyan […]
17 Nis 2024 0
Eylül Aşkın Türkiye Haber Portalı’nda hazırlayıp...07 Kas 2021 0
AK Parti Denizli Milletvekili, TBMM Plan ve...24 Nis 2021 0
Cumhurbaşkanı Ersin Tatar’ın babası Rüstem Tatar...10 Ara 2020 0
Cumhurbaşkanı Tatar: “Türkiye’nin güçlü...05 Ara 2020 0
—-Birinci Bölümün DEVAMI—-...18 Nis 2024 0
İBB Afet İşleri Dairesi Başkanlığı AKOM verilerine göre, İstanbul’da rüzgarın kuzeyli yönlerden kuvvetlenmesi ile birlikte sıcaklıkların 13-17 derece aralığına gerilemesi […]