Son güncelleme 25 Nisan 2024 - 22:26
27 Ağu 2017 Köşe Yazarları, Pervane MEMMEDLİ, Sürmanşet 2
Bosna-Hersok seferindən anılar
Bir çox dillərdə etnik şəxsiyyət göz önünə alınmadan bütün Bosniya-Hersoqovina xalqına bosniyalı deyilir. Ancaq Türkcədə tarixdən gələn yaxınlıqdan Bosniyalı deyildiyi anda Boşnaklar, yəni Bosniyalı müsəlmanlar termini nəzərdə tutulur.
1986-1993-cü illər arasında yaşanan qanlı vətəndaş müharibələrinin sonunda Yuqoslaviya parçalananda, boşnaklar başda Slobodan Miloshevich olmaqla serb milliyyətçiləri tərəfindən sistematik bir soyqırım yaşadılar. Bu etnik təmizləmədə minlərlə boşnak həyatını itirdi,öz yerlərindən,yuvalarından ayrı düşdü.Onu da eşitmişdim ki, bosniyalılar bu barədə danışmağı sevmirlər.Bəlkə də o illərin ağrısını hələ unutmadıqlarındandır .Bu savaşda itirdiklərini bir az fərqli xatırlayırlar onlar…
Sarayevo şəhərinini mərkəzində müasir tikililərlə yanaşı 90-cıillərin savaş izlərini daşıyan- yarıuçuq və divarları güllə qurşunlarından dəlik-dəlik olmuş binalar gördüm. Müharibə illərinin acı xatirəsini daşıyan bu binalar açıq havada bir muzey idi. Bələdçiyə ehtiyac olmadan özü danışan bir muzey.Eynən 90-ciillərdə mənim doğma Bakı şəhərimdəki binaların divarlarını Qırmızı Ordunun əsgərləri dəlmə-deşik etmişdilər.Amma onları indi gənc nəsil ancaq qəzet və kitablarda, filmlərdə görə bilər.
Sarayevoda mərkəzi küçələrdən birində kiçik parkda əski məzar daşları gördüm.Yaşıllıqlar içində üstü qədim yazılarla(ərəb əlifbası ilə) haşiyələnmiş,antik əsərləri xatırladan əyilmiş qəbir daşlarının belə dekorativ və pozitiv olduğunu və şəhərin mərkəzində qorunduğunu ilk dəfə görürdüm.
Bir az aralıda isə Aliya İzzetbegoviçin məqbərə-movzeleyini əhatəyə alan ağ rəngli kütləvi məzarlıq vardı.
Dünyanı tərk edərkən “Çox yaşadım və çox yoruldum. İndi də sevgilim-sevdiklərimə qovuşmaq istəyirəm,soyləyən Bosna-Heɾsek Cumhuɾiyətini nin ilk prezidenti Aliya İzzetbegović çox böyük əskəɾi gücə və imkana sahib olan serblərə təpki göstərib, sinə gərməyi bacaran təmkinli bir siyasətçi kimi xalqının qəlbində bugün də yaşayır. “Din əxlaqdır; onu həyata geçirmək isə tərbiyədir” düşüncəsində olan Aliya İzzetbegović xalqına çağdaş dövrdə əsil islam dəyərlərinə sadiq qalmaqla, etnik kimlik və milli dəyərləri qorumağa yönlənmiş bir düşüncənin,əməlin də həyata keçirəni oldu. Böyük İslam mütəffəkiri Cəmaləddin Əfqani demiş ki, “Qərbə getdim – müsəlman görmədim, amma İslam gördüm , Şərqə getdim, müsəlman gördüm,amma İslam görmədim.” Bosniya Şərqin son qapısı, Qərbin isə girişi sayılır.Orada yaşayan əhali slavyan dillərinə yaxın olan dildə danışsalar da etiqad baxımından əksəriyyəti islama tapınıblar. (Bosniya Hersoqovinada Müsəlmanlar – 51% ,Pravoslavlar – 30% ,Katoliklər və Protestantlar – 19% təşkil edir.)
XV yüzillikdə Osmanlıların əlinə keçdikdən sonra Bosniyanın yerli xalqı olan Boşnakların müsəlmanlığı seçməsində Nəkşibəndilik böyük rol oynadı. O dövrdə bölgədə Blagay(coğrafi yer) Təkkəsi – bir Bektaşi təkkəsi olaraq quruldu.
Osmanlılar xüsusilə Balkanlara (Yeniçərilər də Bektaşi dərgahına bağlı idi) göndərdikləri Bektaşi dərvişləri sayəsində çox qısa müddətdə yüz minlərlə adamın müsəlmanlaşmasının təməlini qoydu. Bektaşi dərvişlərinin xoşgörülü olması və özəlliklə də doğru-dürüst rəftarları, tarix boyunca qarışıqlıq və döyüş içində yaşamış bölgə xalqının müsəlmanlığa böyük rəğbət bəsləməsinə səbəb oldu. Səfər zamanı belə təkkələrdən birini ziyarət etmək bizə də qismət oldu.
Bosniyanın daha bir füsunkar guşəsi Mostara gedərkən yol boyu cənnəti xatırladan gözəlliyi ilə adamı valeh edən zümrüd rəngli yam-yaşıl ormanlar və əzəmətli dağlar bol sulu çümüşü çaylar diyarından doymaq olmurdu.
Monstar şəhərində Neretva çayı üzərində salınmış eyniadlı qədim körpü şəhəri tam iki yerə ayırır. Körpü XYI əsrdə Memar Sinanın yetişdirmələrindən olan olan Memar Xeyirəddin tərəfindən inşa olunub. Monstar körpüsü qədim abidə sayıldığındanYUNESKO tərəfindən siyahıya alınıb qorunur . Onun özəlliyi tək tarixi əhəmiyyətli və ya bir arxitektura möcüzəsi olması bağlı deyil. Yüz illərdir ki,istər ölkədə savaş olsun,istər sərt qış,istərsə də onu görməyə gələn turist olsun,Mostar körpüsü üzərindən saysız –hesabsız insan yola salan fiziki və mənəvi bir körpü missiyasını daşıyır. Əgər ayaq saxlayıb bir özünə qulaq assaq, yəqinki,bizə fərqli çox hekayə danışardı nəsilləri yola salan bu körpü.
İBB Başkanı Ekrem İmamoğlu, Çekmeköy Belediye Başkanı Orhan Çerkez’e tebrik ziyaretinde bulundu. İmamoğlu, Çekmeköy Belediyesi girişinde alkışlarla karşılandı. Çerkez’e hayırlı […]
Türkiye İstatistik Kurumu (TÜİK) verilerine göre, 2024 Mart ayı sonu itibarıyla İzmir’de trafiğe kayıtlı toplam taşıt sayısı bir önceki yılın aynı […]
Merkez İşyeri Denetleme ve Danışmanlık Grubu ile Meslek Eğitimini Geliştirme Kurulu Toplantısı Ticaret Bakanı Sn. Ömer Bolat’ın katılımı ile […]
Yetimi Yoksulu Gözetenler Derneği, 2024 yılı Afrika vacip kurban hisse bedelini 3.000 TL olarak açıkladı. Dernek, bu yıl kurban bağışlarını […]
Muğla Büyükşehir Belediyesi Evde Bakım ekipleri bu hizmetten yararlanan yatağa bağımlı ve engelli vatandaşlara evlerinde reçete yazabilecek. Muğla Büyükşehir Belediyesi […]
DEM PARTİ Kocaeli Milletvekili Ömer Faruk Gergerlioğlu, TÜRKPA heyetiyle İsviçre’nin Cenevre şehrine gitti. Türki devletlerin bir araya geldiği etkinliklere katılan […]
DEM PARTİ Kocaeli Milletvekili Ömer Faruk Gergerlioğlu Dilovası’ndaki kaçak atık deposunu Çevre, Şehircilik ve İklim Değişikliği Bakanı Mehmet Özhaseki’ye sordu. […]
İBB Başkanı Ekrem İmamoğlu, 2023 yılı ‘Faaliyet Raporu Sunumu’nu gerçekleştirdi. Önceki dönem görev süreleri boyunca, belirli kişi ve grupları koruyup, […]
“Emeklinin ve asgari ücretlinin maaşından çalan hükümet faiz lobisine, saraylara ve yandaşlara aktardığı paraların bedelini yine vatandaşa ödetmeye çalışıyor” diyen […]
Kocaeli Körfezinde her geçen gün demirleyen gemilerin arttığını belirten Gergerlioğlu, “Gemilerin demirlemesi sonucunda çevre kirliliği artıyor. Karamürsel’de, Gölcük’te ve diğer […]
17 Nis 2024 0
Eylül Aşkın Türkiye Haber Portalı’nda hazırlayıp...07 Kas 2021 0
AK Parti Denizli Milletvekili, TBMM Plan ve...24 Nis 2021 0
Cumhurbaşkanı Ersin Tatar’ın babası Rüstem Tatar...10 Ara 2020 0
Cumhurbaşkanı Tatar: “Türkiye’nin güçlü...05 Ara 2020 0
—-Birinci Bölümün DEVAMI—-...24 Nis 2024 0
Gökmen Gastronomi bünyesindeki restoran zinciri Pizza İl Forno’nun lezzet rüzgarı şimdi İzmir’de esmeye başladı. İtalyan işi pizzalarını, bu ülkenin […]
Sn.Pervane Hanım, Bosna-Hersek bulunduğunuz seyahatiniz böyle bir yazı ile değerlendirdiğiniz de aklıma hep; Alnamya ya giisp te yılardır kalıp ta Almanca öğrenemeyen dolaysıyla gördüğini bildiğini paylaşamayan insanlarımız aklıma gelir. A için teşekkür ederim.
Sn.Pervane Hanım, Bosna-Hersek bulunduğunuz seyahatinizi böyle bir yazı ile değerlendirdiğiniz de aklıma hep; Almanya ya gidip de yılardır kalan ve Almanca öğrenemeyen dolaysıyla gördüğünü bildiğini paylaşamayan insanlarımız aklıma gelir. Siz bir kaç günlük sehatınınızı ne güzel dile getirmiş iniz, teşekkür ederim.
.